Header Ads

Gəl Barışaq – Almaz Ələsgərli ft Vüqar

Oğlan:
Qaraqaşlı, qaragözlü,
Şirin sözlü, gülərüzlü,
Nədir dərdin, nə küsmüsən,
Niyə məndən çəkinirsən?
Nə sözün var, de görüm də,
Bir mə`nasan ömürümdə.
Nədir dərdin, nə küsmüsən,
Nə danışıb, nə dinirsən.
Biz sevəndə,
Bağlayanda peymanı
Böylə deyildik.
Nələr oldu, nə eşitdin, sənə məndən nə deyildi?
Nə günah eyləmişəm keç günahımdan barışaq,
Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.
Qız:
Bir zamanlar ki, sevirdin
“Sənə aşiqəm deyirdin”,
Hər dəfə doğum günümdə
Təzə tər çiçək verirdin.
Başıma hey dolanırdın,
Mənim eşqimlə yanırdın.
Mənlə hər gün görüşürdün
Təzə bir çiçək verirdin.
Biz sevəndə,
Bağlayanda peymanı
Böylə deyildik.
Nələr oldu, nə eşitdin, sənə məndən nə deyildi?
Bir yerdə:
Nə günah eyləmişəm keç günahımdan barışaq,
Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.
Oğlan:
Səbəbin sən özün axtar,
Şirin idin təzə vaxtlar.
O çiçəklər ki alırdım
Sənə hörmətlə verirdim.
Sonra bir-birinə alışdıq,
Sən də gözləyirdin artıq.
O çiçəklər ki alırdım
Və məhəbbətlə verirdim.
Sonralarsa düşünürdüm
Nə çiçək alım ki, mən
Sən nə qədər gözəl çiçək var
Onların göyçəyi sənsən.
Bir yerdə:
Nə günah eyləmişəm keç günahımdan barışaq,
Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.
Qız:
Sən də əvf et məni, ey yar,
Mənim də bir günahım var.
Sevərək nazımı çəkirdin,
Mən də hey naz eləyirdim.
Biz səhərlər küsüşürdük,
Yenə axşam görüşürdük.
Sevərək nazımı çəkirdin,
Mənsə naz az eləyirdim.
İndi bildim ki, qıza naz yaraşır
Oğlana dözmək.
Hər dəfə barışmaqdan ötrü
Bir bəhanədir küsmək.
Bir yerdə:
Nə günah eyləmişəm keç günahımdan barışaq,
Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.

Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.